Vəzifə: İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
• Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
• Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
• Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
• Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
• AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Tələblər:
• Ali hüquq təhsili;
• MS Office proqramlarında işləmək bacarığı;
• Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
Əlaqə vasitəsi:
E - mail: hr@xalqhayat.az