Онлайн
Калькулятор по страхованию
Горячая линия
1183

Юрист / Старший юрист в отдел управления персоналом и права

Vəzifə: İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

•    Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
•    Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
•    Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
•    Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
•    Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
•    Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
•    Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
•    Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək; 
•    AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
 

Tələblər:

•    Ali hüquq təhsili;
•    MS Office proqramlarında işləmək bacarığı;
•    Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
•    Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).
 

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: hr@xalqhayat.az